
IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a verdiyi xəbərə görə, Məlumatı Pentaqon təsdiq edib. Pentaqon rəsmisi Piter Kuk keçmiş "Əl-Qaidə" üzvünün mayın 6-da öldürüldüyünü açıqlayıb.
Piter Kukun sözlərinə əsasən, Əbu Vəhib İraqın Ənbar əyalətində Rutba şəhəri yaxınlığında hərəkətdə olan nəqliyyat vasitələrinə endirilən raket zərbələrindən sonra ölüb.
1986-cı il təvəllüdlü Əbu Vəhib kompyüter elmləri ixtisasını bitirib. O, 2013-cü ildə 3 suriyalı yük maşını sürücüsünü güllələdiyi əks olunan videodan sonra tanınıb.Onun dəfələrlə ölüm xəbəri yayılsa da rəsmi olaraq təsdiq edilməmişdi.