
IQNA - Mayın əvvəlində Əndican vilayətində məktəblilərin valideynləri yerli tədris şöbəsindən "təminat məktubu" aldılar. Məktubda yay tətili müddətində məktəblilərə qadağan edilmiş fəaliyyət növlərinin siyahısı əksini tapmışdı.
Məktubda deyilir ki, valideynlər bütün yay ərzində uşaqlarının ədəb-ərkan qaydalarına riayət etməsinə, özlərini ləyaqətli aparmasına, dini cərəyanlara qoşulmamasına və məscidə namaz qılmağa getməməsinə nəzarət etməlidirlər. Sonuncu iki bəndin altından xətt çəkilib.
Məktubda deyilir ki, göstərilən bəndlərə əməl olunmazsa, valideynlər "mövcud qanunvericilik normalarına əsasən" cəzalandırılacaqlar.
maide.az