İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiələrin böyük təqlid mərcələrindən olan və Allahın saleh qulu ləqəbini almış mərhum Ayətullah Üzma Məhəmməd Təqi Behcətin (r.ə) vəfatının 8-ci ildönümü May ayının 19-da Şam namazından sonra böyük təqlid mərcələrinin iştirakı və mərhumun seçilmiş şagirdlərindən olan Höccətul-İslam vəl-müslimin Kazim Siddiqi – Tehranın Cümə namazı xətibinin çıxışı ilə müqəddəs Qum şəhərinin Ə`zəm məscidində keçiriləcəkdir.
Allahın saleh qulu mərhum Ayətullah Üzma Məhəmməd Təqi Behcət səkkiz il bundan öncə, hicri-şəmsi tarixi ilə 1388-ci il, Ordibeheşt ayının 27-də əsr vaxtı dünyasını dəyişmişdir.
O, hicri-qəməri tarixi ilə 1334-cü ildə Gilan əyalətinin Fumən şəhərində anadan olmuş və 16 aylıq körpə olarkən anasını itirmişdir.
O, 14 yaşında olarkən İraqa yollandı və dini təhsilini Nəcəfdə davam etdirdi.
Nəcəfdə Ayətullah Mürtəza Taliqani, Ağa Ziya Əraqi, Naini və Şeyx Məhəmməd Hüseyn Ğərəvi kimi böyük ustadların elmi məhzərindən istifadələr etdi.
Mərhum Behcət (r.ə) on səkkiz yaşında ikən Əllamə Qazi Təbatəbai ilə yaxından tanış oldu. Bu böyük ustadın elm və irfanından istifadə etdikdən sonra öz vətəninə döndü.
Qum elmi hövzəsi dair olduqdan sonra isə bu müqəddəs şəhərdə təlim və tədris ilə məşğul olmağa başladı.
Onun yazdığı qiymətli əsərləri və həmçinin tərbiyə etdiyi dəyərli şagirdləri onun adını daşıyacaq əbədi irs sayılırlar.
http://iqna.ir/fa/news/3497623