IQNA

İŞİD namaz vaxtlarını dəyişdirdi

11:07 - May 24, 2016
Xəbər sayı: 3480486
Tehran, 24.05.2016 – İŞİD terror təşkilatı İraqın Neynəva vilayətində nəzarət altına aldığı bütün bölgələrdə namaz vaxtların dəyişdirilməsi barədə əmr verib.

IQNA - Yeni əmrə uyğun olaraq burada yaşayan müsəlmanlar namazı digər müsəlmanlara nisbətən 15 dəqiqə gec qılmalı olacaqlar.

İŞİD-in namaz vaxtlarında dəyişiklik etməsinin səbəbi kimi mövcud namaz vaxtlarının İraqdakı dünyəvi hökumət dövründə müəyyən edilmiş olmasını göstərdiyi bildirilib.

Əmrə itaət etməyən imam və müəzzinlərə ən ağır cəzaların veriıəcəyi vurğulanıb.

http://eastnews.org/news/1972

captcha