
IQNA - Avropa və ABŞ-da təşkil
oluncaq hücumların İraq və Suriyadakılardan daha təsirli olacağını bildirən
İŞİD nümayəndəsi Əbu Məhəmməd əl-Ədnani yayımladığı 31 dəqiqəlik səs yazısında
təşkilat tərəfdarlarına gələn həftə başlayan Ramazan ayı boyu "şəhadəti axtarmaları”
çağırışı edib.
"Ramazan zəfər və cihad ayıdır. Hazırlığınızı görün və bu ayı inanmayanlar üçün fəlakətə çevirməyə hazır olun”, deyən Ədnani, xüsusilə də Avropa və ABŞ-dakı tərəfdarlarına səsləndiyini vurğulayıb. Oktayabr ayından bu yana səssizliyini qoruyan Ədnaniyə aid sözügedən səs yazısı şənbə günü yayımlanıb. ABŞ-ın terror siyahısında olan Ədnaninin mövcud İŞİD lideri Əbubəkr Bağdadidən sonra təşkilatın rəhbərliyinə keçə biləcəyi iddia edilir.