
IQNA - İranın
böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Məkarim Şirazi, BMT-nin
neft dollarlarına xidmət etdiyini bildirərək "Dünya məzlumlarının
müdafiəçisi olaraq özünü göstərən bir təşkilat, dollar oyunlarının oyuncağı vəziyyətinə
düşüb" deyib.
"Bu vəziyyətdə ən pisi Amerika 11 sentyabr hücumlarında Səud rejiminin rolu olduğunu iddia edərək məsələ ilə əlaqəli sənədləri yayımlayacağını bildirdiyi halda Səud rejimi banklardan bütün pullarını çəkəcəyilə təhdid etmişdi" deyən Ayətullah bundan sonra ABŞ-ın geri addım ataraq bu işdən vaz keçdiyini açıqladığını bildirib.
Ayətullah Məkarim Şirazi özünü insan haqları müdafiəçisi kimi tanıdanBMT haqqında insanların yaxşı düşünməsinin vacib olduğunu qeyd edib.
Sondaİranın böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Məkarim Şirazi "Özlərini fəqir Səudiyyə Ərəbistanı xalqının üzərindən neft milyarderləri edən kralların dollarlarına həsr edənləri necə mələkləşdirilə bilər və onlara can və malımızı necə əmanət edə bilərik?", - deyə bildirib.
İslamazeri