IQNA

Ayətullah Sistani Şeyx Qasimlə telefon danışığında:

Sizin yeriniz könüllərdədir

18:46 - June 23, 2016
Xəbər sayı: 3480570
Tehran, 23.06.2016 – Mərcəi təqlid Ayətullah Seyyid Əli Sistani Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasimlə telefon danışığı aparıb.


Sizin yeriniz könüllərdədir

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) Maide.Az-a istinadən xəbər verir ki,  telefon danışığında Ayətullah  Sistani Şeyx Qasimin sağlamlıq durumu və ölkədəki proseslərin son vəziyyəti  haqqında məlumat alıb. "Sizin yeriniz könüllərdədir və baş verənlər sizə heç bir ziyan gətirməyəcək”. 

Telefon danışığında  Ayətullah Sistani  Şeyx İsa Qasimin Bəhreyn xalqının hüquqlarını dinc yollarla müdafiəsini təqdirə layiq addım kimi dəyərləndirib və Ayətullah Qasim və Bəhreyn möminləri haqqında dualar edib. 

captcha