
IQNA - Bu
barədə filmin rejissoru Məcid Məcidi ilə İraq Mədəniyyət Nazirliyi arasında
razılaşma sənədi imzalanıb.
Razılığa dair sənəd İraq mədəniyyyət nazirinin müavini Cabir Əl-Cabirinin iştirakı ilə İran paytaxtı Tehranda imzalanıb.
Sənəddə filmin ən qısa zamanda İraqda nümayişinə başlanması nəzərdə tutulur. İran kinomatoqrafiyasının ən bahalı filmi olan "Məhəmməd Rəsulullah s ) filmi 40 milyon dollar büdcə ilə 8 ilə çəkilib.
Filmin uğuru qarşında tab gətirməyən Səudiyyə Ərəbistanı, Misir və bir sıra ərəb ölkələri onun yayımını öz ölkələrində qadağan edib.
Filmin ötən ilin dekabrından Türkiyədə də 450-dən artıq kinoteatrda nümayiş olunacağı bildirilsə də, sonradan naməlum səbəblərdən burada da nümayişlərin qarşısı alınıb.