IQNA

Şəhriyar şerlərində Həzrət Əli (s) sevgisini anlatan kitab

16:02 - July 28, 2016
Xəbər sayı: 3480645
Tehran, 28.07.2016 – İranda “Şəhriyar şerlərində Mənaqib-e Ələviyyə” adlı kitab nəşr olunub.


Şəhriyar şerlərində Həzrət Əli (s) sevgisini anlatan kitab


İQNA - İranın Şərqi Azərbaycan əyalətinin İncəsənət İdarəsinin təşəbbüsü ilə hazırlanan kitab insanlar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Kitab Əli Hacı Bülənd adlı yazar tərəfində qələmə alınıb və "Surə-i Mehr” nəşriyyatı tərəfindən nəşr edilib.

İranın Şərqi Azərbaycan əyalətinin İncəsənət İdarəsinin Həsən Milani deyib ki, tarix boyu şairlər Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə) və Əhli-Beyt (ə) haqqında şerlər yazıblar, lakin ustad Şəhriyarın Əhli-Beyt (ə) haqqında yazdığı şerlərin fərqli bir yanaşma olub. "

Məhəmməd Hüseyn Şəhriyar həm fars və həmdə Azərbaycan dilində Əhli-Beyt (ə) haqqında müxtəlif şerlər yazıb ki, onlardan ən tanınmışı "Əli Ey humayi rəhmət” şeridir.Şeirin əsli farscadır. Bizim sizə təqdim etdiyimiz həmin şerin tərcüməsidir.

Əli, Ey humayi rəhmət, ələm eyləyən Xudanı

O huma ki, sayəsində edər hifz masəvanı

Könül, istəsən Xudanı biləsən, Əlini yad et

Tanıdım Əlini vallah, tanıdım o dəm Xudanı

İki dünyada fənadan bir əsər belə tapılmaz

Əgər öz əlinə alsa Əli çeşmeyi bəqanı

Su çilə doyunca rəhmət buludu ki, bu cəhənnəm

Qəzəb atəşində yoxsa külə döndərər cahanı

Gedib ey yazıq dilənçi qapısını döy Əlinin

Ki, üzük verib şah eylər kərəmilə hər gədanı

Əlidən savayı kimdən hələbir uşaq doğulmuş

Ki, tanıtdıra cahanda şühədayi Kərbəlanı

Edər əhdi dosta qurban verə var-yoxunu dostlar

Fəqət hansı dost Əli tək edər əhdinə vəfanı

Deyə bilmərəm Xudadır, bəşər ad verəm xətadır

Çağırım nə adla bilməm şəhi mülki lafətanı

Qan axır iki gözümdən, tələs, ey nəsimi-rəhmət

Onun astanından al, gəl mənə xaki tutiyanı

O ümidlə ki, ayağın tozunu ziyarət etsin

Qapına ürək sözümlə yola salmışam səbanı

Sən Əli, qəzasovansan, bizi dinlə binəvayıq

Uzaq eylə canımızdan kərəminlə hər qəzanı

Onun eşqi ilə ney tək necə mən gəlim fəğanə

Ki, lisani qeybi xoşdur edə vird bu nəvanı

Gecə sübhətək ümidim bunadır səhər nəsimi

Verə aşina həyamı, edə şad aşinanı

Qulaq as gecə o "Ya həqq” quşuna ki, Şəhriyara

Biləsən nə xoşdur açmaq gecə dosta macəranı

captcha