Tehran, 09.08.2016 – Əməvi Məscidi sünni imamı Şeyx Məmun İŞİD tərəfindən qaçırılarkən əsirlikdə ona qarşı edilən işgəncələrdən danışıb.
Beynəlxalq
Quran Xəbər Agentliyi (İQNA) İnterAz xəbər verir ki Suriya televiziya kanallarından
birində studiada qonaq olan Dəməşq, Əməvi Məscidi sünni imamı Şeyx Məmun İŞİD
tərəfindən qaçırılarkən əsirlikdə ona qarşı edilən işgəncələrdən
danışıb: "İŞİD cəlladı qulağımı kəsdikdən sonra məni məcbur etdi ki öz
qulağımı yeyim. Dedim bu mənim malım deyil, mənim bədənimı Allah yaradıb,
əmanət verib mənə.”
Şeyx Məmun sözünə belə əlavə edib: "Qulağımı kəsən İŞİD cəlladına dedim , sən
əgər müsəlmansansa, islam musle etməyi (bədən əzaların kəsib işkəncə verməyi)
haram hesab edir. Niyə Allahdan qorxmursan, haram iş görürsən? O isə sözümə
əhəmiyyət vermədən çənəmi tutub kəsdiyi qulağımı zorla mənə yedirtməyə çalışdı.
Bu böyük bir cinayətdir. Din donuna bürünən bu dinsizlər qətiyyən Allahın
əmrinə böyün əymir, hər gün qan tökür, cinayətlər törədirlər.”
Xatırladaq ki Dəməşqin Əməvi Məscidinin sünni imamı Şeyx Məmun 2011-ci ildə
İŞİD terrorçuları tərəfindən oğurlanmış və işgəncələrə məruz qalmışdı. Sonradan
güllələnərək şəhər meydanına atılmış, şəhər sakinləri tərəfindən tapılaraq
xəstəxanaya aparılmışdı. Həkimlərin müdaxiləsi nəticəsində sağ qalan Şeyx Məmun
canlı şəhid ləqəbi ilə tanınır.