IQNA - Qəndahar meriya nümayəndəsi
Samim Xpelvak verdiyi açıqlamada Meyvənd rayonu Şalqami bölgəsində yol kənarına
yerləşdirilən partlayıcı qurğunun vətəndaşları daşıyan nəqliyyat vasitəsinin
keçidi zamanı işə salındığını açıqlayıb.
Partlayışda 4 mülki vətəndaşın həyatını itirdiyini deyən Xpelvak, sözügedən nəqliyyat vasitəsinin istifadəyə yararsız hala gəldiyini bildirib. Xpelvak partlayıcı qurğunun "Taliban” terror təşkilatı tərəfindən təhlükəsizlik qüvvələrinə qarşı yerləşdirildiyini qeyd edib. Hücuma görə məsuliyyəti hələ üzərinə götürən olmayıb.