İQNA - Ənbar
əməliyyatlaı komandanı general-mayor İsmayıl əl-Mihləvi ordu hissələrinin,
polis və "Haşd Şabi” qüvvələrinin dəstəyilə Ramadi şəhərinin şərqindəki
Cəzirətul Xalidiyyədə əməliyyat keçirdiyini və Əlbu Kənan bölgəsinin İŞİD-dən
tamamilə təmizləndiyini deyib.
Mihlavi Əlbu Kənanın İŞİD-in bölgədəki son qalası olduğunu bildirib. Digər tərəfdən, polkovnik Həmid əl-Mumin paytaxt Bağdadın Əbu Qərib bölgəsindəki hücumda 3 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını qeyd edib.
Mumin ən-Nəhrəvandakı bir futbol meydançasının yaxınlığında baş verən partlayışda isə 2 nəfərin həlak olduğunu, 13 nəfərin yaralandığını bildirib.
Mənbə: eastnews