İQNA bildirir ki,
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən fins.az-a verilən
məlumata görə, bu il zəvvarlar Azərbaycan Hava Yolları (AZAL) şirkətinin
təyyarələri ilə uçacaqlar. Son reys isə sentyabrın 5-də yola düşəcək
Bildirilib ki, bu il Azərbaycan üçün ayrılan kvota tam dolub və Həcc ziyarətinə 1 050 nəfər gedəcək. Səfərin qiyməti isə hotellərin xidmət haqlarından asılı olaraq 3500- 4500 dollar arasında dəyişir.
QMİ-dən qeyd ediblər ki, qiymətlər ötən illə müqayisədə dəyişməsə də manatla ifadədə artıb. Bu da Azərbaycanda dolların bahalaşması ilə bağlıdır.
Onu da deyək ki, bu il Səudiyyə Ərəbistanında həcc ziyarəti zamanı zəvvarların təhlükəsizliyini 17 mindən çox xüsusi xidmət orqanının əməkdaşı qoruyacaq.
Maide.az