IQNA

Danimarkanın Qadınlar məscidində ilk Cümə namazı qılındı

11:12 - August 28, 2016
Xəbər sayı: 3480739
Tehran, 28.08.2016 – Danimarkanın Kopenhagen şəhərində xüsusi olaraq qadınlar üçün tikilmiş məscid xanımların öz imamlığı ilə Cümə namazı qılınmaqla rəsmi şəkildə açıq elan olundu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "guardian" qəzetinin xəbər və informasiya portlaına istinadla verdiyi xəbərə görə, Danimarkanın Kopenhagen şəhərində xüsusi olaraq qadınlar üçün tikilmiş "Məryəm məscidi" xanımların öz azan verməsi və imamlığı ilə Cümə namazı qılınmaqla rəsmi şəkildə açıq elan olundu ki, bundan sonra Şirin Xaneqanın imaməti ilə qılınan namazlar Avropa müsəlmanlarının xəbər səhifələrinin ilk titri olmasın.

Məscidi həftənin cüməaxşamı günü altımış nəfər xanım Cümə günü açılışı üçün hazır vəziyyətə gətirmişdilər. Bu xanımlar bir gün öncədən məscidə gözəl pərdələr asmış, hüsn-xətt ilə yazılmış Quran ayələri ilə təzyin etmiş, məscidi gözəl güllər və şamlar ilə bəzəmişdilər.

اولين نماز جمعه مسجد زنان در دانمارک اقامه شد

Danimarkanın Kopenhagen şəhərinin "Məryəm məscidi" İskandinaviya əyalətində xüsusi olaraq qadınlar üçün tikilmiş ilk məsciddir və bu məscidə oxşar məscid bütün dünyada barmaq sayı ilə sayılası qədərdir.

Məscidin açılışında Cümə namazlarının xütbəsini "Qadın və İslam müasir dünyada" mövzusu ilə Salihə Mariya etdi və namaz isə Şirin Xaneqanın imamlığı ilə qılındı.

Bu məscidin təsisçisi Şirin Xaneqan Danirmarkada camaat namazı qılan dörd xanımdan biridir, onun atası suriyalı, anası isə finlandiyalıdır.

Məscidin açılışında iştirak etmək üçün gəlmiş qeyri-müsəlman qadınlar da müsəlman xanımlar ilə bir sıraya duraraq Cümə namazı qılıblar.

"Məryəm məscidi" bu ilin Fevral ayında qeyri-rəsmi olaraq öz işinə başlamışdı və ilk Cümə namazının bu məsciddə qılınması üçün hazırlıq işləri altı ay çəkdi.

Şirin Xaneqan bu məscidin oxşarını Almaniya, Kanada və ABŞ-da da təsis etmişdir.

http://iqna.ir/fa/news/3525601


captcha