İQNA-nın verdiyi xəbərə görə, ilkin məlumatlara görə,
partlayış nəticəsində azı 18 nəfər həyatını itirib, 16 nəfər isə yaralanıb.
Yerli mənbələrin verdiyi məlumat əsasən, terror aktı Kərbəla vilayətinin mərkəzindən 120 km qərbində yerləşən Ey Təmar rayonunda baş verib.
Terror aktını terrorçu kamikadzenin törətdiyi bildirilir. Bəzi mənbələr terror aktının toy mərasimi zamanı törədildiyini yayımlayıb. Lakin hələ ki, məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib. Terrorun İŞİD tərəfindən törədildiyi etimal edilir.
Mənbə: eastnews