IQNA

İŞİD Mosuldan qaçanları edamla təhdid edir

12:54 - October 18, 2016
Xəbər sayı: 3480901
Terhan, 18.10.2016 – Silahlı İŞİD terrorçuları əsasən motosikletlə şəhərin küçələrinə nəzarət edir.

İŞİD Mosuldan qaçanları edamla təhdid edir

Mosulu İŞİD-dən xilas etmə əməliyyatının ikinci günündə ABŞ İŞİD-ə qarşı aparılan əməliyyatın planlaşdırılan təqvimdən irəli getdiyini açıqlayıb. İŞİD isə xalqın Mosulu tər etməməsi üçün "Qaçmağa çalışan edəm ediləcək” deyib.

İnterAz xəbər verir ki, "the Guardian”ın məlumatına görə, 35 yaşlı şəhər sakini Məhəmməd "Əlimizdən başqa bir şey gəlmədiyi üçün hər kəs evlərinə girib. Silahlı İŞİD terrorçuları əsasən motosikletlə şəhərin küçələrinə nəzarət edir. Döyüş təyyarələri gecə yarısından başlayaraq şəhəri bombalamağa başlayıb”, - deyib.

"Bu iki il ərzində bir neçə dəfə baş kəsmə, qəfəslərdə boğma və insanları binaların damından aşağı atılmasının şahidi olduq. Mən özüm 3 ay əvvəl bir nəfərin binanın başından aşağı atılmağını gördüm. Həftələrlə yata bilmədim”, - Məhəmməd bildirib.

Teqlər: İŞİd ، mosul ، quran ، iqna ، İkna ، terror
captcha