Beynəlxalq Quran Xəbər Agentliyi Maide.Az-a istinadla xəbər verir ki, sərginin təşkilatçılarının verdiyi məlumata görə, gələn həftənin şənbə və bazar günləri İslam sənaye sərgisi Mançestr şəhərində öz fəsaliyyətinə başlayacaq.
Sərgidə dünyanın müxtəlif ölkələrindən o cümlədən ABŞ, Almaniya, Avstraliya, Avstriya, Malayziya, İndoneziya, Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən 10 minlərə insan iştirak etməsi gözlənilir.
2014-cü ildə müsəlman bazarlarının gəliri 1.8 trilyon dollar olub. Bu rəqəmin 2020-ci ildə 2.6 trilyon dollara çatması gözlənilir.
Sərginin keçirilməsindən məqsəd İslami həyat tərzi və dəyərlərini müasir üslüblardan istifadə etməklə insanlara çatdırmaqdır.