IQNA

Nigeriya xalqı Şeyx Zəkzəkinin azadlığı tələbilə mitinqlərini davam etdirir

9:07 - October 25, 2016
Xəbər sayı: 3480921
Tehran, 25.10.2016 – Nigeriya xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin hökumət tərəfindən qanunsuz olaraq, həbsdə saxlanılmasına etiraz etmək üçün aksiyalarına davam etdirir.


Nigeriya xalqı Şeyx Zəkzəkinin azadlığı tələbilə mitinqlərini davam etdirir

IQNA xəbər verir ki, Kaduna və Kano şəhərlərində təşkil olunan yürüşlərdə iştirtak edən minlərlə müsəlman Şeyx Zəkzəki və xanımı Zinət İbrahimlə yanaşı, həbsxanada qanunsuz olaraq, saxlanılan bütün İMN fəallarının dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

Əllərində "Şeyx Zəkzəkiyə azadlıq!" şüarları qeyd olunan plakatlar qaldıran nümayişçilər, hökumətdən 2015-ci ilin dekabrında ordunun Zariyada müsəlmanları qətliam etməsini müstəqil komissiya tərəfindən araşdırmasını tələb ediblər.(deyerler.org)

Teqlər: nigeriya ، Şey zəkzaki ، azadlıq ، quran ، iqna
captcha