IQNA

“Həşd Şabi” yeni əməliyyata başladı

10:33 - October 30, 2016
Xəbər sayı: 3480939
Tehran, 30.10.2016 – "Həşd Şabi" qüvvələri də Mosul şəhərinin qərb hissəsini İŞİD terrorçularından azad etmək üçün yeni genişmiqyaslı əməliyyata başladığını elan edib.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın xəbərinə görə, İraq ordusunun Mosul şəhərinin İŞİD terrorçularından azadetmə əməliyyatı davam edir.

Bununla yanaşı dünən səhər saatlarında "Həşd Şabi” qüvvələri də Mosul şəhərinin qərb hissəsini İŞİD terrorçularından azad etmək üçün yeni genişmiqyaslı əməliyyata başladığını elan edib.

Xatırladaq ki, könüllülərdən ibarət "Həşd Şabi” qüvvələrinin əsas tərkibini İraqda yaşayan türkman briqadaları təşkil edir.

Qeyd edək ki, oktyabrın 17-də İraq baş naziri Heydər əl-Abadinin əmrilə İraq ordusu və hərbi qüvvələri Mosul şəhərinin İŞİD terrorçularından azadetmə əməliyyatına başlayıb.

Mənbə: eastnews






captcha