IQNA

11:13 - November 03, 2016
Xəbər sayı: 3480955
Tehran, 03.11.2016 – İranın Xarici İşlər Nazirinin müavini Hüseyn Cabiri Ənsari İraqa səfəri çərçivəsində Ayətullah Sistani ilə görüşüb.


Ayətullah Sistaninin dövlət məmurlarına tövsiyəsi

Ayətullah Sistani ilə ümumi və xüsusi şəkildə görüşməyə nail olan Hüseyn Cabiri Ənsari öz twitter səhifəsində nüfuzlu müctəhidlə görüşünün təəssüratlarını belə bölüşür.

"Ayətullah Sistani haqda çox eşitmişəm və çox oxumuşam. Amma bu gün müvəffəq oldum ki ölkənin Məhkəmə Hakimiyyətinin nümayəndələri və Ayətullah Amili Laricani ilə birgə o həzrətin görüşünə nail olaq və onu yaxından ziyarət edək. 20 dəqiqəlik görüşdən sonra onunla xüsusi şəkildə söhbətləşə bildim. Görüşdə bir sıra mühüm məqamlara işarə edildi ki onların hamıya fayda verə biləcəyini düşünürəm.

Ayətullah Sistani dedi:

"-İranın məsələlərini izləyirəm. Şəxslər vasitəsilə deyil, mətbuat vasitəsilə. Oradan gələn kitabların hamısını da oxumağa çalışıram.

-Böyük alimlərin əsərlərini ehya edib yaymağa çox əhəmiyyət verirəm. Bu məsələdə mənim üçün şəxsi və ixtilaflı məsələlər əhəmiyyət daşımır. Əgər bu şəxs böyük alimdirsə onun əsərlərinin ehya edilməsinə əhəmiyyət verərəm və mənim adıma deyil, öz adına qalıcı olmasını istəyərəm.

-Elm təkcə dini elmlər deyil, Bütün elmlər ki camaata xidmət etməkdə təsirlidir, onlara əhəmiyyət verilməlidir.

-Camaata nə qədər çox xidmət etsəniz dünya və axirətin xeyrini o qədər əldə etmiş olacaqsız.

İran rəsmisi əlavə edir:

Allaha bu görüşə görə şükür edirəm. Ayətullah Sistaninin geniş baxışı, mətinliyi, iti baxışları, şəxsiyyətinin mənəvi şüası elə bu qısamüddətli görüşdə görünürdü.

Mən burada daha bir dərin məna kəsb edən səhnənin şahidi oldum. Ayətullah nümayəndə heyətimizdə olan iki nəfərin əl öpmək istəyinə icazə vermədi. Bu görüşdə şəkil çəkmək imkanı yox idi. Amma məncə bu paylaşımdakı yazıları oxumaq və onun bu şəklini görmək, görüşdəki fotonu canlandırmağı yaxınlaşsıra bilər.

Ad:
E-poçt:
* Comment:
* captcha: