İQNA-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, bu gün səhər saatlarında terrorçu-kamikadze idarə etdiyi avtomobilişəhərin cənub girişində partladıb. Şəhər rəhbərliyi komendant saatı tətbiq edib. Rəhbərlik yeni terror aktlarının baş verə biləcəyi haqda xəbərdarlıqdar edir.
Səlahəddin əyalətində yerləşən bu şəhər ərazisində terrorçular atışma da törədiblər.
Daha bir hadisə isə Tikrit şəhərindən 50 kilometr uzaqlıqda yerləşən Samirra şəhərində baş verib. Burada da terrorçu kamikadze partlayıcı ilə dolu avtomobili partladıb. Hadisə məscidlərin birinin yaxınlığında şiə zəvvarlar üçün nəzərdə tutulmuş maşın dayanacağında baş verib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.