IQNA

On nəfərli iranlı zair şəhid oldu;
6:29 - November 07, 2016
Xəbər sayı: 3480966
Tehran, 07.11.2016 – İraqda 10-cu və 11-ci imamlarının müqəddəs hərəmənin yerləşdiyi Samerra şəhərinin avtovağzalında baş verən terror partlayışı nəticəsində onlarla insan şəhid oldu və yaralandı.

















İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk tv kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, "əs-Sumariyya Nyuz" kanalı dünən (06 noyabr 2016) elan edib ki, İraqın Tikrit əyalətinin Samerra şəhərinin avtovağzalında bomba yerləşdirilmiş maşının partlaması nəticəsində onlarla ziyarətçi şəhid olub və yaralanıblar. Bu terror hücumu zamanı iranlı zəvvarlardan da şəhid olduğu deyilir.

İran İslam Respublikasının Həcc və Ziyarət Təşkilatının İraqdakı nümayəndəliyi bu xəbəri təsdiq edərək deyib ki, bu terror hücumu zamanı 10 nəfər iranlə zəvvar da şəhid olublar.

Daneşyar - İran İslam Respublikasının Həcc və Ziyarət Təşkilatının İraqdakı nümayəndəsi, dedi: Ziyarətçilərin Samerra terminalında avtobusdan enməsi zamanı intiharçı terrorist ünsürün bomba yerləşdirdiyi ambulans (təcili tibbi yardım) maşını da onlara tərəf hərəkət edib və ziyarətçilərə yaxınlaşdıqdan sonra özünü partladıb. Bu partlayış nəticəsində onlarla insan, o cümlədən 10 nəfərli iranlı zair şəhid oldular.

Hadisədən dərhal sonra fövqəladə vəziyyət elan edildi, Samerra polisi şəhərdə gediş- gəlişi məhdudlaşdırdı və komendant saatı quruldu. Həmin saatlarda polisə məlumat daxil oldu ki, İŞİD terroristləri digər bir intiharçı terrorist ünsürü də bomba ilə doldurulmuş maşınla Samerra tərəfə yola salıblar.

Daxil olan xəbərlərə görə bu hadisə ilə həmzaman İmam Əli ən-Nəqi (ə) və İmam Həsən Əskərinin (ə) hərəminin yaxınlığında digər iki terror partlayışı da baş verib və ən azı 10 nəfər şəhid olub və 30 nəfər yaralanıb.

Bundan əlavə dünən səhər çağı Tikritin cənubunda Hava Proqnozu Stansiyası yolunda polis yoxlama məntəqəsində bomba qoyulmuş maşının partlaması nəticəsində neçə nəfər yaralanıb və şəhid olub.

Qeyd edək ki, Samerra şəhəri Tikrit şəhərinin cənub tərəfdən 40 km-liyində yerləşir və bu şəhərdə şiələrin 10-cu və 11-ci məsum imamlarının müqəddəs hərəmləri yerləşir.

http://iqna.ir/fa/news/3543800


Ad:
E-poçt:
* Comment:
* captcha: