IQNA

İstambulda keçirilən "Əli Şirazi" xəttatlıq sərgisinə bir baxış

8:25 - November 07, 2016
Xəbər sayı: 3480967
Tehran, 07.11.2016 – İran İslam Respublikasının məşhur xəttat və hüsnxətt ustası "Əli Şirazi" adına xəttatlıq sərgisi İstambulun "Abaci Art" qalareyasında keçirilir.

نگاهی به نمایشگاه نقاشی‌خط «علی شیرازی» در استانبول

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının məşhur xəttat və hüsnxətt ustası Əli Şirazinin xəttatlıq sərgisi bir-neçə gündür ki, İstambulun "Abaci Art" qalareyasında İslami- İrani hünsxətt və xəttatlıq nümunələrini sərgiləyir.

نگاهی به نمایشگاه نقاشی خط «علی شیرازی» در استانبول

Bu sərgi məşhur iranlı xəttat və hüsnxətt ustadının ilk fərdi sərgisidir ki, İstambulda keçirilir və bu sərgidə onun son üç il ərzində yaratdığı sənət əsərləri və 11 hüsnxətt nümunəsi olan əsəri sərgilənir.

نگاهی به نمایشگاه نقاشی خط «علی شیرازی» در استانبول

Sərgidə tamaşaya qoyulmuş xəttatlıq əsərləri "nəstəliq" və "sınıq nəstəliq" xətti ilə işlənmiş İrani və İslami hüsnxətt nümunələridir. Bu əsərləri görən hər kəs İslami və İrani hüsnxətt gözəllikləri ilə yaxından tanış olur və əsərlərdə cilvələnən mənəvi fəzadan həzz alır.

نگاهی به نمایشگاه نقاشی خط «علی شیرازی» در استانبول

Əli Şirazi "hüsnxətt" və "xəttatlıq"ın gözəl peşə və incəsənət növü olduğuna və tarix boyunca digər incəsənət növləri ilə təlfiq edildiyinə işarə edərək İQNA-nın müxbirinə dedi: Türkiyə ölkəsində mövcud hüsnxətt və xəttatlıq kətiblərində müşahidə etdiyimiz budur ki, hər bir xəttin öz xüsusi məna çalarları üçün istifadəsi var və hər bir xətt xüsusi bir yerdə işlənir.

O əlavə etdi: Amma mənim əsərlərimdə gördüyünüz xəttin istifadəsi deyil, bəlkə xəttin rəsm kimi cizgilənməsidir, xəttin rəsmə və rəngə tabeliyidir və eyni halda əsərlərimdə Fars dili hüsnxəttinin zərifliyini qoruyub saxlamışam.

نگاهی به نمایشگاه نقاشی خط «علی شیرازی» در استانبول

Şirazi dedi: Hüsnxətt və nəstəliq, süls və s... müxtəlif xətt növləri İslami xətt nümunələri kimi tanınır və müxtəlif İslami ölkələr arasında müştərək hüsnxətt nümunələridirlər və hər birinin hər bir ölkədə öz tanınmış xüsusi çalarları vardır. Buna görə öz əsərlərimdə çalışmışam ki, İslami hüsnxətt nümunələrini də qabardım. Əlbəttə "nəstəliq xətti" ilə İran ədəbiyyatı arasında xüsusi bir qarşılıq və doğmalıq var. Məsələn Hafizin şerini bu xətt ilə yazanda xəttata elə gəlir ki, sanki xəttat özü bu cümlələri şairə sifariş etmişdir. Yəni həqiqətdə Fars ədəbiyyatı və nəstəliq və qırıq nəstəliq xətti arasında çox maraqlı bir bağlılıq və doğmalıq vardır.

نگاهی به نمایشگاه نقاشی خط «علی شیرازی» در استانبول

O əlavə etdi: Xəttatlıq barədə Türkiyə də iddialı ölkələrdəndir. Bu fərqlə ki, onların əlifbası sonradan latına dəyişdiyi üçün indi bu gözəl incəsənət təkcə xüsusi bir təbəqə arasında qalıb və tanınır. Hər halda mən çalışdım ki, öz əsərlərimdə Türkiyə və İran mədəniyyəti arasında əlaqələri göstərim və bu mədəni əlaqələri incəsənət vasitəsi ilə qoruyum. Çünki hüsnxətt İran və digər İslami ölkələr arasında müştərək dəyərdir.

Qeyd edək ki, Əli Şirazinin xəttatlıq sərgisi İstambulda Noyabr ayının birindən başlayıb və 20-dək davam edəcəkdir.

http://iqna.ir/fa/news/3543581



captcha