IQNA

İranın ən yaxşı Quran qarisini siz seçin

11:14 - November 09, 2016
Xəbər sayı: 3480977
Tehran, 09.11.2016- Cəmiyyətin fərqli təbəqələrində Quran qiraəti ənənəsinin yayılması məqsədi ilə 16 dildə "Ən Yaxşı Qiraət" adlı internet üzərindən səsvermə yolu ilə bir ictimai sorğu keçirildi.

İranın ən yaxşı Quran qarisini siz seçin


İQNA - 5 sorğudan ibarət bu səsvermənin birinci hissəsi iyun ayında İranın məşhur Quran qariləri Əhməd Əbul-Qasımi, Məhəmməd Purzərgəri, Həmid Şakirnejad, Səid Tusi və Mənsur Qəsrizadə, ikinci hissəsi isə Avqust ayında Salih Əthərifərd, Əmin Puya, Məhdi Adili, Həmidrza Əhmədi Vəfa və Hüseyn Rüstəmiarasında baş tutdu. 

25 qari arasında keçiriləcəyi gözlənilən bu səsvermə, 5 mərhələdən ibarət sorğu şəklində hazırlanmışdır. Səsvermədən sonra sorğuda iştirak edən 5 Quran qarisindən biri seçilir. Ümumi nəticədə 5 sorğunun sonunda 25 nəfərdə yalnız 5 nəfəri finala çıxacaq. Bunun ardından da hazırlanan final sorğusunda İranın ən yaxşı Quran qarisi sizin verdiyiniz səslərlə müəyyən ediləcək.
Hazırda Məhəmməd Kazimi, Seyyid Məhəmməd Cəvad Hüseyni, Hamid Şakirnejad, Abbas Haşimi və Hüseyn Ferdinin iştirakı ilə səsvermənin ikinci mərhələsi keçirilir.
Sorğular saytın Ön Səhifəsində yer alır. Fikirinizi ətraflı çatdırmaq üçün də xəbərin altında şərh yaza bilərsiniz. 
Öncədən hər birinizə təşəkkürlər.

Məhəmməd Kazimi


Seyyid Məhəmməd Cəvad Hüseyni


Hamid Şakirnejad


Abbas Haşimi


Hüseyn Ferdi


captcha