IQNA

10:44 - November 14, 2016
Xəbər sayı: 3480994
Tehran, 14.11.2016 - Səudiyyə Ərəbistanın Yəmənə təcavüzündən 600 gün keçir və sosial şəbəkələrdə istifadəçilər Yəmənin mühasirəsi və təcavüzünə son qoyulmasını tələb edirlər.


Yəməndə 600 gün soyqırım

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, sosial şəbəkələrdə o cümlədən Twitterdə müxtəlif şəxslə "#600 days of Genocide in Yemen” (Yəməndə 600 gün soyqırım) həştəqi yaradaraq Səudiyyə rejiminin Yəmənə təcavüzünü tənqid edib və bu soyqrımın dayandırılmasını tələb ediblər. Sosial şəbəkə istifadəçiləri Ərəbistan rejiminin Yəməndəki vəhşiliyini əks etdirən fotoları paylaşaraq dünya ictimaiyyətinin diqqətini bu problemə çəkmək istəyiblər.

Twitter istifadəçilərindən biri Reuters və digər Qərb mətbuatının Yəmən həqiqətləri haqqında susqunluğunu tənqid edərək yazıb ki, "Biz Yəmənlə bağlı həqiqətləri bilirik, həqiqi jurnalistlər kimi davranın”

Daha bir istifadəçi BBC-ini tənqid edərək yazıb ki, "Amerika və Səudiyyə Ərəbistanın yas mərasiminə hücumla bağlı yalanlarını yayımlamayın. Bu hücum hərbi cinayətdir”.

Sosial şəbəkə istifadəçiləri həmçinin Amerikadan istəyiblər ki, Səudiyyə rejiminə dəstəyi dayandırsın, İngiltərədən istəyiblər ki, bu rejimə silah –sursat verməyi dayandırsın.

Qeyd edək ki, BMT bildirir ki, Səudiyyə Ərəbistanı rejiminin Yəmənə etdiyi təcavüzdən sonra ölkədə aclıq və işsizlik tüğyan edir.

Dünya ərzaq təşkilatının yaxın şərq üzrə kordinatoru Muhannad Hadi oktyab ayında yayımladığı hesabatında bildirib ki, milyonlarla yəmənli beynəlxalq humanitar yardımlar olmasa həyatda qala bilməyəcəklər. "Qdınlar və körpələr Səudiyyə Ərəbistanın Yəməndəki əsas qurbanlarıdır. Yəməndə 14.1 milyon nəfər aclıqdan əziyyət çəkir. Onlardan 7 milyon nəfərinin vəziyyəti olduqca ağırdır.”

M.Hadi hesabatda əlavə edib ki, Yəməndə 700 mindən çox 5 yaşdan aşağı uşaqlara, süd verən və hamilə qadınlara yardım olunur. Amma bu kifayət etmir. Xalqın əksəriyyəti səfalət içində yaşayır. Yəmən xalqının 70 faizi aclıq və işsizliklə mübarizə aparır.

M.Hadi həmçnin qeyd edib ki, vəziyyət bu cür davam edərsə, Yəməndə insan nəsli məhv olacaq.

Maide.az

Ad:
E-poçt:
* Comment:
* captcha: