IQNA

Bəhreyndə həbsdə olan fəalın azadlığı tələbi ilə aksiya keçirilib

10:24 - November 15, 2016
Xəbər sayı: 3481000
Tehran, 15.11.2016 -Yüzlərlə insan Bəhreyndə artıq 3 həftədən çoxdur heç bir ittiham irəli sürülmədən həbs olunan fəalın azadlığı tələbi ilə etiraz aksiyası keçiriblər.


Bəhreyndə həbsdə olan fəalın azadlığı tələbi ilə aksiya keçirilib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Manamanın qərbində yerləşən Diraz bölgəsində keçirilən etiraz aksiyasında etirazçılar Seyid Hüseyn Seyid Ələvinin azadlığa buraxılmasını tələb ediblər. Bəhreyn rejimi Seyid Ələvini oktyabr ayının 24-də öz ofisində həbs ediblər. İndiyədək ona qarşı heç bir ittiham irəli sürülməyib. 

Seyid Hüseyn Ələvinin ailəsi onun sağlamlığı ilə bağlı narahatlığını bildirib və deyib ki, o, yüksək qan təzyiqindən, dığ ağrısından əziyyət çəkir. Həbsdə saxlanıldığı müddətdə onun vəziyyəti daha da pisləşib. 

Bəhreyn rejimi Seyid Hüseyn Seyid Ələvinin harada saxlanıldığı və nədə ittiham olunduğu haqqında məlumat vermir. 

Etirazçılar həmçinin Bəhreyndə həbs olunan digər fəallarında azadlığını tələb ediblər.  

Teqlər: bəhreyn ، həbs ، iqna ، azadlıq ، quran ، aksiya
captcha