IQNA

Aleksandr Lukaşenko:
10:25 - November 23, 2016
Xəbər sayı: 3481034
Tehran, 23.11.2016- Minsk Came məscidinin açılışında Quranı öpən Belarusiya prezidenti buna görə onu qınayanlara "müsəlmanların prezidenti olduğum üçün Quranı öpdüm" deyə cavab verdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Belarusiyadan verdiyi xəbərə görə, Aleksandr Lukaşenko – Belarusiya respublikasının prezidenti, Minsk şəhərinin Came məscidinin açılışı mərasimində ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bu mərasimdə iştirak edirdi, bütün dinlərə hörmət və sayqı əlaməti olaraq Quran- Kərimi öpdü.

Aleksandr Lukaşenko – Belarusiya respublikasının prezidenti, son çıxışında Quranı öpdüyünə görə onu tənqid edənlərə cavab verərək dedi: Mənə xəbər verdilər ki, bəzi "kiv"-lər və media əhli mən Quran-Kərimi öpdüyüm üçün məni tənqid edib və qınayıblar. Mən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla bu mərasimdə iştirak edirdim və mərasimdə ona bir Quran nüsxəsi hədiyyə etdilər. O, bu hədiyyə alaraq öpdü. Ondan sonra isə bir Quran nüsxəsi də mənə hədiyyə etdilər. Mən burada nə etməli idim?! Buna görə qərara aldım ki, Ərdoğanın etdiyini təkrar edim.

O əlavə etdi: Ola bislin kimlərsə belə fikirləşsin ki, mən dinimi dəyişmişəm. Xeyr, belə bir hal baş verməyib. Amma mən bir prezidentdəm. Və mənim prezident olduğum ölkədə minlərlə müsəlman yaşayır ki, mən onların da prezidentiyəm. Həmin müsəlmanlar ki, heç vaxt bizim üçün bir problem yaratmayıblar.

Belarusiya respublikasının prezidenti vurğuladı: Belarusiyada müsəlmanlar və məsihilər arasında əlaqələr çox yaxşıdır. Və ölkənin ana yasasında da bütün dinlərin ardıcılları üçün bərabər hüquqlar vardır.

http://iqna.ir/fa/news/3548180


Ad:
E-poçt:
* Comment:
* captcha: