IQNA

13:27 - November 23, 2016
Xəbər sayı: 3481037
Tehran, 23.11.2016- Cümə günü Tehranın Lalə xəstəxanasına yerləşdirilən təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əbdülkərim Musəvi Ərdəbili bu gün ürək infarktı səbəbi ilə dünyasını dəyişdi.


Ayətullah Musəvi Ərdəbili vəfat xəbəri rəsmən təsdiqləndi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, Cümə günü ürək və ciyər çatışmamazlığı xəstəliyi ilə Tehranın Lalə xəstəxanasına yerləşdirilən şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əbdülkərim Musəvi Ərdəbili bu gün ürək infarktı səbəbi ilə dünyasını dəyişdi.

Qeyd edək ki, Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Üzma Xamenei dünən Tehranın Lalə xəstəxanasında yatan mərcəi təqlid Ayətullah Musəvi Ərdəbiliyə baş çəkmişdi.

Ayətullah Üzma Seyid Əbdül- Kərim Musəvi Ərdəbili Hicri şəmsi tarixi ilə 1304- cü ildə (1926) Ərdəbildə dünyaya gəlib. Onun əsili Naçxıvanlıdır. Ayətullah Şəhid Behiştinin vəfatından sonra 1360- cı hicri – şəmsi ilindən 1368- ci ilədək İran İslam Respublikasının Ali Baş Məhkəməsi vəzifəsində işləyib.

Ayətullah Musəvi Ərdəbilinin babaları Naxçıvanın Ordubad rayonundan Ərdəbilə köçüblər. Ərdəbili 1926-cı ildə Ərdəbildə kasıb bir ruhani ailəsində dünyaya gəlib. Kiçik yaşlarından anasını itirib. Ayətullah Ərdəbili ilk ibtidai və dini təməl dərslərini elə Ərdəbildə alıb. 1943-cü ildə müttəfiqlərin İrana daxil olduğu zamanda Quma təhsil almağa gedib. Müctəhid təhsilinin bir qismini də Nəcəfdə alıb.

Alimin 20-dən artıq fiqhi, əxlaqi və kəlam mövzularında əsərləri var. İranda İslam İnqilabının baş tutmasında əksər ruhanilərin və müctəhidlərin rolu olduğu kimi Musəvi Ərdəbilinin də rolu olub. İnqilabdan sonra İranda konstitusiyanın yazılmasında Ayətullahın əvəzsiz rolu olub.

İnqilabın ilk illərdində müctəhid bir müddət ölkənin Ədliyyə sisteminə sədrlik etdi. İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından sonra Quma gedən Ərdəbili indiyə qədər də orada məskunlaşıb.

O, Qum şəhərində Mufid universitetini və həmçinin Ərdəbildə "Əmirəl-möminin məktəbi" xeyriyyə müəssisəsini təsis edib.


Ad:
E-poçt:
* Comment:
* captcha: