İraq ordusu Mosulu azad etmə əməliyyatı çərçivəsində 7 məntəqənin azad edildiyi və 19 yaraqlının məhv edildiyini bildirib.

Beynəlxalq
Quran Xəbər Agentliyi (İQNA) Türkiyə mediyasına istinadla xəbər verir ki, İraq
ordusuna aid ortaq əməliyyatlar komandirliyi tərəfindən verilən yazılı açıqlamada,
şəhərin cənubundakı Əş-Şəmsiyyat kəndində döyüş təyyarələrinin İŞİD-çilərin hərbi
avtomobilini hədəf alması nəticəsində biri komandir olmaqla 4 terrorçu məhv
edilib.
Orduya aid 9. zirehli birliklərin eyni məntəqədə icra etdiyi əməliyyatda Cilyuhan
kəndi azad edilib, 6 yaraqlı terrorçu isə alətləriylə birlikdə təsirsiz hala gətirilib.
Dəclənin şərqindəki
əməliyyatlarda isə 9 yaraqlının öldüyü və bomba yüklü bir avtomobilin məhv
edildiyi qeyd edilib.
AA müxbirinə danışan Müdafiə Nazirliyinə bağlı Terrorla Mübarizə Vahidindən
Kapitan Yezen Sabit, Mosulun şimal girişi olan əl-Qahirə məhəlləsinin geri
qalan qisiminin azad edilməsi vəziyyətində Əş-Şəlalat məntəqəsində olan orduya aid
16. Divizyona yaxınlaşmış olacaqlarını açıqlayıb.
Qeyd edək ki, Terror qruplaşması İŞİD-in işğalında olan Mosulu xilas etmək üçün 17 Oktyabrda
başladılan əməliyyat, şəhərin müxtəlif bölgələrində davam edir.