IQNA

Hamburg İslam Mərkəzinin müdiri:

Ayətullah Musəvi Ərdəbilinin İnqilabi xidmətləri əbədi qalacaqdır

10:03 - November 27, 2016
Xəbər sayı: 3481056
Ayətullah Ramazani Ayətullah Musəvi Ərdəbilinin vəfatı münasibətilə başsağılı verdi və vurğuladı: Onun din və İran milləti üçün göstərdiyi xidmətlər xatirələrdə əbədi yaşacaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Hamburg İslam Mərkəzinin "izhamburg.de" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Ayətullah Ramazani yaydığı ismarıcda Ayətullah Musəvi Ərdəbilinin vəfatı münasibətilə başsağılı verərək vurğuladı: Onun İslam dini və İran milləti üçün göstərdiyi dəyərli xidmətlər, xüsusilə də İslam İnqilabının ilk on illiyindəki fəaliyyətləri, xatirələrdə əbədi yaşacaqdır.

Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzinin müdiri Ayətullah Ramazaninin Ayətullah Üzma Seyid Əbdülkərim Musəvi Ərdəbilinin vəfatı münasibətilə yaydığı ismarıcın mətni:

Allahın adı ilə

İnna lillahi və inna iləyhi raciun

Mücahid fəqih Həzrət Ayətullah Üzma Seyid Əbdülkərim Musəvi Ərdəbilinin vəfatı münasibəti ilə İmam Zamanın (ə) müqəddəs hüzuruna, şiə aləminin təqlid mərcələrinə, dini elmi hövzələrə, mərhumun ailəsinə, övladlarına, şagird və müqəllidlərinə başsağlığı deyir və Allah-Taaladan onlar üçün gözəl səbr və əcr arzulayıram. Allah-Taala onun ruhunu pak əcdadları ilə məşhur etsin.

Şübhəsiz ki, o böyük insanın elmi, mədəni və təbliği fəaliyyətləri və İslam dini və İran milləti üçün göstərdiyi dəyərli xidmətlər, xüsusilə də tarixin böyük insanı Həzrət İmam Xomeyninin (r.ə) rəhbərlik bayrağı altında İslam İnqilabının ilk on illiyindəki fəaliyyətləri, xatirələrdə əbədi yaşacaqdır.

Allah-Taalanın dərgahında diləyim budur ki, onun orta məktəb, universitet tikdirmək və s... kimi xalisanə və sadiqanə xidmət və fəaliyyətlərini, cari sədəqə və saleh əməllər olaraq ona dəyərli yoz azuqəsi və axirət zəxirəsi olaraq yazsın. Amin.

Rza Ramazani

Hamburq İslam Mərkəzinin İmam camaatı və müdiri

Avropa şiə ilahiyyatçıları və alimləri birliyinin rəisi

Qeyd edək ki, Həzrət Ayətullah Üzma Seyid Əbdülkərim Musəvi Ərdəbili cari həftənin ikicni günü, Noyabr ayının 22-də, 91 yaşında ikən fani düyna ilə vidalaşdı.

O, İslam İnqilabı fəallarından, İmam Xomeyninin (r.ə) yaxın silahdaşlarından biri olub və "Müfid Universiteti"nin banisidir.

http://iqna.ir/fa/news/3548935


captcha