ABŞ prezidenti Barak Obama ölkəsinin 2003-cü ildə İraqa hücum etdiyi vaxt yol verdiyi səhvlərin "İŞİD" terror təşkilatının yaranmasına səbəb olduğunu bildirib.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslaminsesi–nə istinadla xəbər verir ki, onun sözlərinə görə, öz administrasiyasının ABŞ-ın "İŞİD"-ə cavabının necə olacağı barədə qərarı qəbul etdiyi vaxt ölkəsinin 2003-cü ildə İraqa etdiyi basqınlarzamanı yol verdiyi səhvlər "İŞİD" terror təşkilatının baş qaldırmasına səbəb olub.
"Biz (İŞİD-in hərəkətlərinə - red.) cavabın necə olacağı barədə qərar qəbul etdiyimiz vaxt 2003-cü ildə (İraqa - red.) basqın etdiyimiz zaman "İŞİD" olacaq təşkilatın baş qaldırmasına kömək etməkdə yol verilmiş bəzi səhvləri təkrarlamaqdan imtina etdik".