IQNA

Bəhreyn xalqı cümə namazı qadağasına etiraz etdi

14:24 - December 10, 2016
Xəbər sayı: 3481114
Bəhreynin paytaxtı Manama şəhərinin qərbində yerləşən əd-Dəraz bölgəsində insanlar hökumət əleyhinə aksiya keçirib.


Bəhreyn xalqı cümə namazı qadağasına etiraz etdi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) eastnews-a istinadla xəbər verir ki, Bəhreynin paytaxtı Manama şəhərinin qərbində yerləşən əd-Dəraz bölgəsində insanlar hökumət əleyhinə aksiya keçirib.

Aksiyada hökumətin cümə namazı qadağasına da etiraz olunub. "Əd-Dəraz" bölgəsində yerləşən İmam Sadiq məscidində cümə namazının qadağa olunması bölgə sakinlərinin etiraz aksiyası keçirməyə vadar edib.

Bundan əlavə iyun ayında vətəndaşlığı ləğv olunan Ayətullah İsa Qasimin evinin qarşısında keçirilən oturaq aksiyanın hələ də davam etdiyi vurğulanır.

captcha