İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin dəftərxanasının rəsmi informasiya portalına istinadla verdiyi xəbərə görə, Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei bu gün İraq şiələrinin milli koalisiyasının rəisi Höccətul- İslam vəl- müslimin Seyyid Əmmar Həkim ilə görüşündə İraqın şiə qruplaşmalarının birgə koalisiyasının yaranmasından xoşhal olduğunu bildirərək bunu çox mühüm bir hadisə hesab etdi və bu vəhdətin təməli və özülünün möhkəmlənməsi və qorunmasının zəruri olduğunu dedi və İraqın bütün milli, irqi və məzhəbi cərəyanlarını geniş qucaqla və ata böyüklüyü ilə ağuşa almasının zəruri olduğunu vurğuladı.
Ali Rəhbər İraq şiələrinin koalisiyasının sədri, əsas üzvləri və ona daxil olan bütün cərəyanların üzərinə böyük məsuliiyyət düşdüyünü, onların hər hansı qərar və təşəbbüsünün İraq, region və İslama təsir buraxdığını xatırlatdı.
İslam İnqilabının Böyük Rəhbəri İraq şiələri milli koalisiyasının qarşıya qoyduğu dəyərli məqsədlərin sadəcə vəhdət sayəsində mümkün olduğunu bildiriblər və bu koalisiyanın ən əsas vəzifələrindən birinin İraqda fəaliyyətdə olan hökumətlərə dəstəkdən ibarət olduğunu vurğulayıblar.
Dünya müsəlmanlarının mənəvi lideri Həzrət Ayətullah Üzma Xamenei İraqın aydın gələcəyə malik olduğunu və durumun yaxşılaşacağını bildirərək dedi: İraqın inkişafı İran İslam Respublikasının xeyirinədir və iki ölkə arasındakı koordinasiyanın daha da artması hər iki tərəfin mənafeyini təmin edir.
Ayətullah Üzma Xamenei İraqın inkişafı və güclənməsi üçün elm və araşdırma məsələsinə də diqqət yetirilməsinin zəruriliyini vurğulayaraq dedi: Universitetlərin gücləndirilməsi, İraqda elm və tədqiqat əsaslarının gücləndirilməsinə ciddi diqqət yetirmək lazımdır. Xüsusi ilə İraq xalqının düşmənləri və Amerika bu ölkənin elm adamlarının çoxunu qətlə yetirdiyi bir vaxtda bu çox önəmlidir.
Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei bu gün səhər baş tutan bu görüşdə vurğuladı: Amerikanlar zahiri iddialarına baxmayaraq əsla təkfirçi terrorçuların kökünün kəsilməsinin adrınca deyillər və bu terrorçuların bir hissəsini özlərinin gələcək planları üçün saxlamağa çalışırlar.
Şiələrin təqlid mərcəsi əlavə etdi: Amerikalılar həmişə İslam ölkələrinin güclü olmasına qarşı olub və onların (amerikalıların) görüntü xətrinə olan hərəkətlərinə və təbəssümlərinə aldanmaq olmaz. İslam İnqilabının bizə tövsiyyəsi həmişə Amerikaya güvənməmək olub. Biz İran İslam Respublikasında nə zaman bu tövsiyəyə əməl etmişiksə qazanmışıq, nə zaman unutmuşuqsa ziyan görmüşük.
Ali Rəhbər İraq neftinin İŞİD tərəfindən satılmasına toxunaraq dedi: O vaxt amerikanlar sadəcə neft daşıyan gəmilər karvanının hərəkətini seyr etməklə kifayətlənirdilər və onları hədəfə almırdılar, ona görə də amerikalılara etimad etmək olmaz.
Ali Məqamlı Rəhbər çıxışının sonunda İraq xalqı və rəhbərliyinə Ərbəin zəvvarlarına göstərdikləri qonaqpərvərliyə görə öz təşəkkürünü bildirərək Ərbəin yürüşünün möhtəşəm və misilsiz hadisə olduğunu vurğulayıblar.
Görüşdə İraq şiələri milli koalisiyasının rəhbəri seyid Əmmar Həkim də İran İslam Respublikasının dəstəklərinə görə öz təşəkkürünü bildirərək dedi: İraq şiələri milli koalisiyasının əsas nailiyyətlərindən biri, Həşədüşşəbi qanununun qəbul edilməsindən ibarət idi, bu qanunamilli koalisiyasnın lehinə səsindən əlavə, şiələrin koalisiyası başqa bir çox qrup və cərəyanların müşayiətini də cəlb edə bildi.
http://www.iqna.ir/fa/news/3552868