IQNA

20:20 - January 22, 2017
Xəbər sayı: 3481280

Kərbəlada hava limanının inşasına başlanılıb

Xəbər verdiyimiz kimi Kərbəlada beynəlxalq hava limanı tikiləcək. Artıq bugündən hava limanının tikintisinə başlanılıb.


Kərbəlada hava limanının inşasına başlanılıb

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Kərbəlada tikiləcək hava limanı layihəsi Britaniyanın "Cooper Jess” şirkətinə həvalə olunub.

Aparılacaq tikinti işləri 2 il müddətinə başa çatacaq.

Qeyd edək ki, bu hava limanında eniş zolağının uzunluğu 4,5 kilometr olacaq. Kərbəla beynəlxalq hava limanı ildə 15-20 milyon zəvvara xidmət göstərəcək.

Teqlər: kərbəla ، hava limanı ، iqna ، quran ، İslam
captcha