İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqda "Quran hafizi xanımların görüşü" «ملتقی الحافظات الوطنی» adlı ilk toplantı Quranı əzbər bilən 250 nəfər iraqlı xanımın və Quran ustadları olan iranlı xanımlarının iştirakı ilə keçirildi.
Bu barədə xanım Fəhimə Sadat Musəviniya İQNA-nın Məşhəd bürosu müxbiri ilə müsahibəsində xəbər verdi.
Fəhimə Sadat Musəviniya dedi: Bu toplantı İraqda ilk dəfə idi ki, bu ölkənin Quranı əzbər bilən 250 xanımının iştirakı ilə keçirilirdi.
Quran hifzi tədris usatdı xanım Fəhimə Sadat Musəviniya əlavə etdi: Bu toplantıda iştirak edənlər hər gün saat 8:00-dan günün ikinci yarısında saat 18:00-dək təşkil edilən müxtəlif təlim dərnəylərində iştirak edirdilər.
Onlara bu dərnəylərdə təfsir, tilavət hökmləri, muğam məqamları, "sout və ləhn", hifzin qaydaları və möhkəmləndirilməsi və digər mövzularda təlimlər keçilirdi.
Təlim kurslarında İraq, İran, Livan və Küveytdən Quran hafizi olan xanım ustadlar tədsir edirdilər.
O əlavə etdi: Quran hafizi olan xanımların toplantısı çərçivəsində Həzrət İmam Hüseynin (ə) hərəmində iki gecə Quran-Kərimlə üns məclisi də keçirildi.
Bu toplantının yekun mərasimi Fevral ayının 9-da, həftənin Cümə günü, İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında keçirildi.
http://iqna.ir/fa/news/3572823