IQNA

Misir tarixində bir ilk:

Məscidlərə qadın xatiblər təyin olundu

11:26 - February 14, 2017
Xəbər sayı: 3481346
140-dan çox qadın Misir məscidlərinə xatibə təyin edilib. Ölkə üçün misilsiz olan bu qərarı Vəqflərin İşlərin üzrə Nazirlik verib.

Məscidlərə qadın xatiblər təyin olundu

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri-ə istinadla verdiyi xəbərə görə, bu vəzifəyə təyin olunan qadınların hamsının yüksək ilahiyyat (teologiya) təhsilinə sahib olduğu qeyd olunur. Onlar ölkə məscidlərində kişi xatiblərin etdiyi işin eynisini edəcəklər. Lakin bunu da qeyd edək ki, qadın xatiblərin fəaliyyət ərazisi məscidin qadınlar üçün nəzərdə tutulmuş hissəsi ilə məhdudlaşacaq.

Aydınlaşdırıcı mühazirələr və müsəlman qadınlarla hər şeydən öncə qadın məsələlərinə dair söhbətlər həftədə 2 dəfə keçiriləcək.

Teqlər: misir ، məscid ، qadın ، hicab ، iqna
captcha