IQNA

Pakistanda şiə və sünnilərin iştirakı ilə;

"Ziyarətgahların müdafiəsi" konfransı keçiriləcək

11:22 - February 22, 2017
Xəbər sayı: 3481381
Sabah, 23 Fevral 2017-ci il, Pakistanda şiə və sünni alimləri, partiya və ictimai təşkilatlarının iştirakı ilə "Ziyarətgahların və Övliyaların məzarlarının müdafiəsi" adlı böyük konfrans keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Pakistandan verdiyi xəbərə görə, sabah, 23 Fevral 2017-ci il, Pakistanın Sind əyalətinin "Süyun Şərif" şəhərində şiə və sünni alimləri, partiya və ictimai təşkilatlarının iştirakı ilə "Ziyarətgahların və Övliyaların məzarlarının müdafiəsi" adlı böyük konfrans keçiriləcək.

(Şəkildə soldan: Mövlana Məqsud Əli Duməki – Sind əyaləti Müsəlmanlarının Vəhdət Məclisinin baş katibi).

Pakistanın Sind əyalətinin "Süyun Şərif" ziyarətgahında (Osman Mərəndinin məqbərəsi) sünni və şiələrin qətliamın ardınca "Sind əyaləti Müsəlmanlarının Vəhdət Məclisi" Pakistan dövlətini təkfirçilərin mərkəz və məktəblərinin yığışdırılması və təbliğatlarının qarşısının alınması üçün lazım olan tədbirləri görmədyi üçün sərt tənqid və dövləti terror və qətliama görə təqsirkar elan etdi.

Mövlana Məqsud Əli Duməki – Sind əyaləti Müsəlmanlarının Vəhdət Məclisinin baş katibi, bu barədə dedi: Dövlət təkfirçilərin mərkəz və məktəblərinin yığışdırılması və təbliğatlarının qarşısının alınması üçün lazım olan tədbirləri görmür. Halbuki onların nə ilə məşğul olduğundan agahdır. "Süyun-Şərif" kimi ziyarətgahlarda baş verən terror hadisələri dövlətin bu məsələyə diqqətsizliyi ucbatındandır.

Sind əyaləti Müsəlmanlarının Vəhdət Məclisinin baş katibi əlavə etdi: Təəssüflər olsun ki, dövlət təkfirçilərin əleyhinə ciddi reaksiya göstərmir və bundan əlavə dövlətin daxilində mühüm vəzifə tutmuş adamlar da vardır ki, bu radikal və təkfirçi qruplar ilə əlaqədədirlər.

Mövlana Məqsud Əli Duməki elan etdi: Sabah, həfətnin "cüməaxşamı" günü, 23 Fevral 2017-ci il, Sind əyalətinin "Süyun Şərif" şəhərində şiə və sünni alimləri, partiya və ictimai təşkilatlarının iştirakı ilə "Ziyarətgahların və Övliyaların məzarlarının müdafiəsi" adlı böyük konfrans keçiriləcək.

Qeyd edək ki, cari ayda, keçən həftənin "cüməaxşamı" günü Pakistanın Sind əyalətinin "Süyun Şərif" şəhərində sünni və şiələri terror hücumu olundu ki, bu hücumda 90 nəfərdən çox şəhid oldu və 150 nəfərdən çox isə yaralandı. Bu hücumun məsuliyyətini İŞİD öz üzərinə götürdü.

Dövləti tənqid edənlər deyirlər ki, İslamabad dövləti indiyədək təkfirçi və terroristlər əleyhinə keçərli və təsirli bir addım atmamışdır.

http://iqna.ir/fa/news/3577057


Teqlər: iqna ، sind ، pakistan ، terror ، sünni ، şiə
captcha