IQNA

Bəhreyndə yenə cümə namazını qadağan edildi

12:18 - March 04, 2017
Xəbər sayı: 3481412
Ayətullah İsa Qasimin vətəndaşlıqdan çıxarılmasından sonra əd-Diraz bölgəsində cümə namazlarının qılınması artıq 33 həftədir ki, qadağan edilir.


Bəhreyndə yenə cümə namazını qadağan edildi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Bəhreyndə xalqın cümə namazı qılmasına yenidən maneə yaradılıb.

Ayətullah İsa Qasimin vətəndaşlıqdan çıxarılmasından sonra əd-Diraz bölgəsində cümə namazlarının qılınması artıq 33 həftədir ki, qadağan edilir.

Bölgədə yaşayan insanlar hakimiyyətin cümə namazı qadağasına etiraz olaraq aksiya keçirib.

Aksiyada Bəhreyn kralı əleyhinə şüarlar səsləndirilib. Polis aksiyaya müdaxilə edib. Onlarla bəhreynlinin saxlanıldığı qeyd olunur.

Teqlər: bəhreyn ، iqna ، quran ، İslam ، qadağan ، cümə namazı
captcha