IQNA

Almaniyada məktəbdə namaz qadağan edildi

14:14 - March 04, 2017
Xəbər sayı: 3481414
Almaniyanın Vuppertal şəhərində yerləşən məktəblərin birində, orada təhsil alan müsəlmanlara təhsil müəssisəsi ərazisində namaz qılması qadağan edilib.

Almaniyada məktəbdə namaz qadağan edildi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Almaniyanın Vuppertal şəhərində yerləşən məktəblərin birində, orada təhsil alan müsəlmanlara təhsil müəssisəsi ərazisində namaz qılması qadağan edilib. Müvafiq sənəd məktəb rəhbərliyi tərəfindən imzalanıb.

Məktəb direktorunun sözlərinə görə, əməkdaşlar və şagirdlər müsəlmanların sinifdə və koridorlarda canamaz sərməsi, məktəb tualetlərində dəstəmaz almasından narahatlıq keçirirlər.



Teqlər: almaniya ، məktəb ، namaz ، quran ، İslam ، iqna ، müsəlman
captcha