IQNA

Almaniyanın Ştutqart şəhərində ilk dəfə günbəz və minarələri olan məscid tikiləcək

12:53 - March 07, 2017
Xəbər sayı: 3481424
Almaniyanın cənubunda yerləşən Baden-Vürtemberq vilayətinin Ştutqart şəhərində ilk dəfə günbəz və minarələri olan məscid tikiləcək.

Almaniyanın Ştutqart şəhərində ilk dəfə günbəz və minarələri olan məscid tikiləcək

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Ştutqart şəhərində tikiləcək məscidin günbəzinin hündürlüyü 30 metr olacaq.

Məscid 1600 kvadratmetr ərazidə tikilir. Məscidin həmçinin uca minarələri olacaq. Yeni tikiləcək məscid Baden-Vürtemberq vilayətinin Manhaym şəhərindəki məsciddən sonra ikinci ən böyük məscid olacaq.

Məscidin tikintisinə 15 milyon avro vəsait nəzərdə tutulub. Məscidin tikintisinə yaxın 6 ay ərzində bütün lazımi sənədlər toplandıqdan sonra başlanacaq.

Məsciddə eyni vaxtda 2000 nəfər ibadət edə biləcək. Bundan başqa məscidin nəzdində müsəlmanlar üçün müxtəlif mədəni proqramların keçirilməsi və kursların təşkili nəzərdə tutulub.

Məscidin tikintisini Türkiyə şirkəti həyata keçirəcək.

Teqlər: almanya ، iqna ، quran ، İslam ، günbez ، minarə ، məscid
captcha