IQNA

Almaniyada Həzrət Fatimə Zəhranın (s.ə) mövlud günü münasibəti ilə tədbir keçirilib

12:47 - March 14, 2017
Xəbər sayı: 3481449
Almaniyanın Rhein-Main bölgəsində Həzrət Fatimə Zəhra (s.ə) məscidində martın 12-də Həzrət Fatimənin (s.ə) mövludu və müsəlman "Qadınlar günü" münasibəti ilə tədbir keçirilib.

Almaniyada Həzrət Fatimə Zəhranın (s.ə) mövlud günü münasibəti ilə tədbir keçirilib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Avropanın müxtəlif şəhərlərindən təqribən 500-ə yaxın Əhli-beyt (ə) ardıcılının qatıldığı tədbir saat 13:30-dan 17:30-dək davam edib.

Tədbir ilk olaraq Quran tilavəti ilə başlayıb. Daha sonra tədbirdə çıxış edələr Həzrət Fatimənin (s.ə) fəzilətlərindən danışıb. Bu günün bütün müsəlman "Qadınlar günü" olduğu vurğulanıb.

Daha sonra Əhli-beyt (ə) məddahları şeir və mahnılar oxuyub.

Tədbirdə müsabiqə keçirilib və iştirakçılardan qaliblərə hədiyyələr verilib. Daha sonra bayram süfrəsi təşkil olunub.

Teqlər: almaniya ، iqna ، quran ، İslam ، məscid ، mövlud günü
captcha