İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əş-Şərq" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bu ildən etibarən Qətərdə hər il "Katara mükafatı" Quran tilavəti yarışları keçiriləcək. Bu barədə "Katara Mədəniyyət İnstitutu" xəbər verib.
Bu yarışların başladılmasının hədəfi Quran- Kərimin tilavəti və qiraəti üzrə istedadlı qariləri aşkar etmək, tanımaq və onları beynəlxalq ərsələrdə Quran yarışlarına qatılmağa təşviq etməkdir.
Qətərin "Ümumi Mədəniyyət Müəssisəsi"nin (Katara) Xalid ibn İbrahim əs-Səliti bu barədə dedi: "Katara mükafatı" yarışlarının təsis edilməsi və başladılması Quran- Kərimin tilavət və tərtil oxunuşu səthinin yüksəldilməsi üçün nəzərdə tutulmuş bir addımdır.
O əlavə etdi: Bu yarışların qaliblərinə nağd pul, nəfis hədiyyələr veriləcək və həmçinin birinci yerin qalibinin Quran-Kərimi tərtil oxunuşunun audio albomu çıxarılacaqdır.
Bu yarışlarda iştirak etmək istəyənlərin 2017-ci ilin May ayının 1-dək fürsətləri vardır ki, "Katara" müəssisəsinin saytında (www.kataraquran.com) qeydiyyatdan keçsinlər. Yarışlar kişilər arasında olacaq və iştirak edənlərin yaşı 18-dən aşağı olmamalıdır.
http://iqna.ir/fa/news/3586165