IQNA

Paraçinarda terror aktı 15 nəfərin ölümünə səbəb oldu

9:00 - April 01, 2017
Xəbər sayı: 3481491
Dünən Pakistanın Paraçinar şəhərində törədilən terror aktında onlarla ölən və yaralanan olub. Terrorun məsuliyyətini "Cəmaətul-Əhrar" təkfirçi terrorist qruplaşması öz üzərinə götürüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Cümə günü, Mart ayının 31-də, Pakistanın şimal- qərbində yerləşən Paraçinar şəhərində törədilən terror aktında onlarla ölən və yaralanan olub. Terrorun məsuliyyətini Pakistanın "Taliban" terror təşkilatının bir qolu olan "Cəmaətul-Əhrar" təkfirçi terrorist qruplaşması öz üzərinə götürüb.

Pakistan Senatorlar Məclisinin üzvü Sacid Hüseyn Turi bu barədə xəbər verərək deyib ki, terror partlayışı Cümə namazı vaxtı şiələrin məsicidi önündə baş verib. Hadisə zamanı ən azı 15 nəfər sivil sakin həyatını itirib.

Pakistanın yerli mətbuatının yaydığı bəzi xəbərlərdə isə Paraçinar şəhərinin "Kurrəm" rayonunda baş verən bu terror atkında ölənlərin sayının 22 və yaralananların sayının isə 100 nəfərdən çox olduğu deyilir.

Xəbərlərdə deyilir ki, hadisə zamanı yaralananların Paraçinarın Əfqanıstan sərhədində yerləşən və 115 il öncə tikilən xəstəxanaya yerləşdirilməsi ölənlərin sayının artması ilə nəticələnə bilər. Pakistanın təcili yardım helekopterləri vəziyyəti ağır olan 15-dən yaralını Pişavər şəhər xəstəxanasına çatdırıblar.

İntiharçı terroristlərin törətdiyi bu cinayəti Pakistanın baş naziri Nəvaz Şərif məhkum edib və dövlətin terroristlərlə mübarizəni davam etdirəcəyini vurğulayıb.

http://iqna.ir/fa/news/3586182


captcha