IQNA

12:35 - April 20, 2017
Xəbər sayı: 3481562
İran İslam Respublikasının paytaxtı Tehranda 34-cü Beynəlxalq Quran Yarışı təntənəli mərasimlə işinə başlayıb.


34-cü Beynəlxalq Quran Yarışı: Azərbaycan da təmsil olunur

Yarışın açılışı beynəlxalq qari Seyyid Cavad Hüseyinin Qurani-Kərimin tilavəti ilə başlayıb. Parlament sədri Əli Laricani Qurani-Kərim üzrə 34-cü beynəlxalq müsabiqənin açılış mərasiminin əsas natiqidir. Ə.Laricani mərasimdəki çıxışı zamanı deyib: "Terrorçu qruplaşmalar regiondakı müsəlman ölkələrini böhrana sürükləməklə bu ölkələr arasında məsələlərin həllində regiondan kənar ölkələrin iştirakına şərait yaradıb”. İran parlamentinin sədri vurğulayıb ki, müsəlman ölkələri arasında yaradılan süni ixtilaf, böhran və toqquşmaların heç bir əsası yoxdur.

34-cü Beynəlxalq Quran Müsabiqəsi cari ilin aprel ayının 19-dan 26-dək Tehranın İmam Xomeyni (rə) adına "Böyük Müsəlla"sında keçiriləcəkdir. Bu ilki yarışlar indiyə qədərki digər beynəlxalq Quran yarışlarından fərqi rakursda gerçəkləşir. Belə ki, Quran yarışları tarixində ilk dəfə iştirakçılar eyni zamanda 5 nominasiyada rəqabət aparacaq. Yarışlarda görmə qabiliyyəti məhdudiyyətli olanlar, məktəblilər və qadınlar, yaşlılar və hövzə tələbələri özlərini sınayacaq. Beynəlxalq "Səhər" televiziyasının məlumatına görə, bu beş müsabiqə üzrə iştirakçıların çıxışlarını 24-ü iranlı və 16-ı əcnəbi münsif olmaqla 40 nəfərlik Münsiflər Heyəti və Quran üzrə mütəxəssisin dəstəyilə müsabiqənin təşkilat komitəsi dəyərləndiriləcək.

Maide.az-ın məlumatına görə, "Bir kitab, bir ümmət" şüarı altında keçirilən bu ilki müsabiqədə Azərbaycandan iki Quran qarisinin iştirakı gözlənilsə də, son anda iştirakçılardan birinin yarışa qatılmadığı bəlli olub. 19 Aprel 2017-ci il tarixdən start götürən yarışda Azərbaycanı ruhani və beynəlxalq Quran qarisi Hacı Əlizaman Əliyev və Quran hafizi Anar Ağayev təmsil edir.

3591344

Ad:
E-poçt:
* Comment:
* captcha: