IQNA

9:21 - May 02, 2017
Xəbər sayı: 3481608
Ən təqvalılar və daha çox İlahi mərifəti olanlar daha çox elmi olanlardır. Və əlbəttə təkcə elm kifayət etmir və o elmə uyğun əməl də lazımdır.
"Ey hər bir eyb və nöqsandan pak olan Allahım! Yaratdıqların arasında Səndən ən çox qorxanı və ən təqvalısı Səni ən çox tanıyanıdır və Sənin qarşında onların ən əyiləni, özünü kiçik sayanı Sənin itaətində daha çox əməl edənidir".

İmam Zeynül- Abidin Əli ibn Hüseyn əs-Səccad (ə), "Səhifətul- Səccadiyyə", dua: 52.
سُبحانَكَ ! أخشى‏ خَلقِكَ لَكَ أعلَمُهُم بِكَ ، وأخضَعُهُم لَكَ أعمَلُهُم بِطاعَتِكَ

İmamət və Vilayət səmasının 4-cü parlaq ulduzu, Kərbəla meydanının, AŞURA qəhrəmanlığının acılar çəkmiş canlı şahidi və ravisi Həzrət İmam Zeynül- Abidin Əli ibn Hüseyn əs-Səccadın (ə) bərəkətli mövludu münasibəti ilə bütün Əhli- Beyt (ə) sevənlərə təbrik deyirəm.
Bildiyiniz kimi Kərbəla hadisəsindən sonra O Həzrət (ə) zalım "bəni üməyyə" sülaləsi tərəfindən kəskin təqibdə idi və buna görə də Quran və Əhli- Beyt (ə) maarifini aşkar şəkildə təbliğ edə bilmirdi. Bunun üçün də məsciddə oturaraq Allah- Taala ilə razu-niyaz edər və həqiqi İslam maarifini DUA formatında bəsirət əhlinə çatdırardı. Həmin dualar bir yerə toplanaraq mübarək və dəyərli "Səhifətul- Səccadiyyə" kitabını vücuda gətirmişdir. 
O həzrət (ə) yuxarıda qeyd edilən duada Allahı tanımaq və yaxşı dindar olmaq üçün iki mühüm məsələyə işarə edir: ELM və ƏMƏL.
Ən təqvalılar və daha çox İlahi mərifəti olanlar daha çox elmi olanlardır. Və əlbəttə təkcə elm kifayət etmir və o elmə uyğun əməl də lazımdır.

Mirməhəmməd Bəşir


Ad:
E-poçt:
* Comment:
* captcha: