IQNA

"Mavi Quran" nüsxəsi əvvəlcədən təyin edilən qiymətin iki bərabərinə satıldı + Foto

0:04 - May 04, 2017
Xəbər sayı: 3481617
Nadir Quran nüsxələrindən bir olan "Əl-Müshəful-Əzrəq" adlı qədim Quran nüsxəsi Londonun "Christie's" hərrac mərkəzində əvvəlcədən təyin edilən qiymətin iki bərabərinə satıldı.

İQNA-nın (Beynəxlalq Quran Xəbər Agentliyi) Misir çapı olan "əl-yəvm əs-sabe" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Kufi xətti ilə yazılmış nadir və tarixi Quran nüsxələrindən bir olan "Əl-Müshəful-Əzrəq" (Mavi Quran) adlı qədim Quran nüsxəsi Londonun "Christie's" hərrac mərkəzində əvvəlcədən təyin edilən qiymətin iki bərabərinə satıldı.

Londonun "Christie's" hərrac mərkəzində "Əl-Müshəful-Əzrəq" (Mavi Quran) ilə birlikdə Hindistanın və İslam dünyasının digər tarixi incəsənət əsərləri də hərraca çıxarılaraq satılıb.

"Mavi Quran" adlanan bu nüsxə Qurani- Kərimin 3-cü surəsi olan Ali- İmran surəsindən bəzi ayələri ehtiva edir. Tunisin Qeyrəvan şəhərində tapılmış bu nüsxənin tarixi hicri-qəməri ili ilə 4-cü və milad tarixi ilə 9-cu əsrə qayıdır.

Bu tarixi və qədim Quran nüsxəsinin maddi dəyəri 128 mindən 192 min dollardək təxmin edilmişdi və qərar idi ki, keçən həftənin Cüməaxşamı günü, Aprel ayının 27-də, Londonun "Christie's"auksion mərkəzində digər İslami incəsənət əsərləri ilə birlikdə hərraca çıxarılsın. Amma gözlənildiyinin əksinə olaraq bu Quran nüsxəsi əvvəlcədən təyin edilmiş qiymətin iki bərabərinə, 389 min ponda (500 min dollar) satıldı.

Tunisin Qeyrəvan şəhərində kəşf edilərək götürülmüş "Əl-Müshəful-Əzrəq" (Mavi Quran) adlı qədim Quran nüsxəsi Kufi xətti ilə və mavi rəngli dəri vərəq üzərinə qılıl suyu ilə kitabət edilib. Satılan səhifədən əlavə bu Quranın digər nüsxələri də dünyanın, o cümlədən Tunisin müxtəlif muzeylərində pərakəndə halda mövcuddur.

قرآن آبی به بیش از دو برابر قیمت به فروش رسید + عکس

قرآن آبی به بیش از دو برابر قیمت به فروش رسید + عکس

قرآن آبی به بیش از دو برابر قیمت به فروش رسید + عکس


Teqlər: iqna ، mavi quran ، sərgi ، hərrac
captcha