IQNA

Amerikada islamofob addımların sayı ötən illə müqayisədə kəskin artıb

9:03 - May 10, 2017
Xəbər sayı: 3481636
Amerika-İslam Əlaqələri Şurası (CAIR) bu gün yeni bir hesabat açıqlayıb və bildirib ki, Amerikada islamofob addımların sayı ötən illə müqayisədə kəskin şəkildə artıb.

Amerikada islamofob addımların sayı ötən illə müqayisədə kəskin artıb

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Maide.İnfo-ya istinadən xəbər verir ki, 2016-cı ildə müsəlmanlar əleyhinə 2213 hadisə baş verib ki, bu ötən illə müqayisədə 57 faiz artımın olduğunu göstərir.

Bu islamofob hərəkətlər ümumilikdə məscidlərə qarşı hücumlar, islami mərkəz və məscidlərin yandırılması, küçədə müsəlmanlara hücum və müsəlmanlara qarşı iş ayrıseçkiliyi kimi hərəkətlərdir.

Amerika-İslam Əlaqələri Şurası (CAIR) həmçinin Federal Təhqiqat Bürosunun (FTB)-nin müsəlman vətəndaşlara yersiz narahatlıqlar yaratmasının sayının artıdğını elan edib.

Şura qeyd edib ki, ABŞ-da müsəlmanlara qarşı hücumların bir qismi ölkə prezidenti Donald Trampın mühacirət və müsəlmanlara zidd çıxışlarından sonra artıb.

captcha