IQNA

Kilsədə cümə namazı qılındı, iftar süfrəsi açıldı

11:26 - June 10, 2017
Xəbər sayı: 3481740
Mübarək Ramazan ayı münasibətilə Avstraliyanın Anglican St. Paul kilsəsində cümə günləri “Cümə” namazı qılınır və iftar süfrəsi təşkil olunur.

Kilsədə cümə namazı qılındı, iftar süfrəsi açıldı

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Maide.Az-a istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının paytaxtı Pert şəhərində yerləşən Anglican St. Paul kilsəsi, ötən gün cümə namazı və iftar süfrəsi üçün müsəlmanlara ev sahibliyi edirdi.

Mübarək Ramazan ayının əvvəlindən cümə günləri kilsədə cümə namazı qılınır, xristianlar və müsəlmanlar üçün birgə iftar süfrəsi təşkil olunur.

Bu ənənə Ramazan ayının sonundək davam edəcək.


Teqlər: kilsə ، cümə namazı ، iqna ، quran ، İslam ، məscid
captcha