İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-ə istinadən verdiyi xəbərə əsasən, İraqın Baş naziri Heydər əl-Abadi "Twitter” səhifəsində yazıb ki, İŞİD terror təşkilatının İraq ərazisindəki mövcudluğu sona çatıb. O əlavə edib ki, yerdə qalan terrorçular ya məhv ediləcək, ya da ki, həbs ediləcəklər.
"Ən-Nuri məscidinin azad edilərək, ölkəyə geri qaytarılması İŞİD-in İraqdakı saxta hökmranlığının sonu mənasını verir.”, - deyə nazir bildirib.
İraq Müdafiə Nazirliyi isə öz növbəsində xəbər verib ki, İŞİD-in Mosuldakı varlığına əbədi son qoyulub.
Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, İŞİD Mosul bir dənə də olsun əraziyə nəzarət etmir və bu terror təşkilatının cərgələrində ciddi parçalanma baş verib.