İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Anadolu Agenliyi-nə istinadla verdiyi xəbərə əsasən, son günlərde Böyük Britaniyada müsəlmanları hədəf alan hücumlar baş verib. Belə ki, paytaxt Londonun şimalındakı bir məscidden çıxan camaatın üstünə avtomobil sürülüb və iki Müsəlmana da kimyəvi turşu ilə hücum edilib.
19 İyunda bir İngiltərə vətəndaşı avtomobilini Finsbury Park Məscidindən çıxan insanların üstünə sürüb. Həmin hadisə nəticəsində bir nəfər həyatını itirib, çox sayda insan da yaralanıb.
Verilən son məlumatlara əsasən, bu hadisə baş vermədən öncə adı keçən məscidə İslamafobik və irqçi xarakter daşıyan təhdid məktubu göndərilib.
Müsəlmanlara qarşı hücumları izləyən "Tell Mama" məscidlərdən istəyibdir ki, bu cür təhdid məktubları aldıqları zaman xəbər versinlər.
3614829